Türkiyədə avtobusa bomba qoyuldu - Ölən və yaralananlar var
20-04-2022, 10:51
1 502

Türkiyədə avtobusa bomba qoyuldu - Ölən və yaralananlar var

Türkiyənin Bursa şəhərində avtobusda partlayış baş verib.
Türkiyə KİV xəbər verir ki, yerli istintaq təcridxanasının əməkdaşlarını daşıyan avtobusun partlaması  nəticəsində 1 ölüb, 8 nəfər isə yaralanıb.
Məlumata görə, partlayış üçün kənardan idarə edilən əldəqayırma partlayıcı qurğudan istifadə olunub.
Hazırda insidentlə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər