Avstraliya Ukraynaya zirehli texnika göndərdi
2-05-2022, 16:39
7 719

Avstraliya Ukraynaya zirehli texnika göndərdi

Avstraliya Ukraynaya zirehli maşınların tədarükünə başlayıb.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliyanın “60 dəqiqə” proqramına müsahibəsində deyib.
"Ukrayna ordusunda ağır zirehli maşınlar çatışmır. Məsələn, Mariupola bizim hərbçilərin çatması üçün zirehli maşınlar lazımdır. Düzünü desəm, bizim belə müasir texnikamız kifayət qədər deyil. Avstraliya parlamentinə müraciət etdikdən sonra bu zirehli maşınla bizə kömək etdilər, tədarüklər başladı", - o bildirib.

Oxşar xəbərlər