Saakaşvilinin səhhəti kəskin pisləşdi
4-05-2022, 23:15
7 776

Saakaşvilinin səhhəti kəskin pisləşdi

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin səhhəti kəskin pisləşib.
Bu barədə onun qardaşı Giorgi Saakaşvili mətbuata açıqlamasında bildirib.
O, keçmiş Prezidentin vəfat edəcəyi təqdirdə Gürcüstan hökumətinin məsuliyyət daşıyacağını deyib.
Giorgi Saakaşvili qardaşının artıq qida qəbul edə bilmədiyini və dərhal xaricdə müalicəyə ehtiyac duyduğunu vurğulayıb.
Sabah saat 19:00 Gürcüstanın hökumət binasının qarşısında etiraz aksiyası təyin edən Mixeil Saakaşvilinin ailə üzvləri insanları aksiyada iştirak etməyə çağırıb.

Oxşar xəbərlər