İtaliya Ukraynaya ağır silahlar verəcək
6-05-2022, 02:41
7 544

İtaliya Ukraynaya ağır silahlar verəcək

"İtaliya Ukraynanı qısa mənzilli hava hücumundan müdafiə sistemləri, minaatan və artilleriya mərmiləri ilə təmin etmək niyyətindədir".
Bunu müdafiə naziri Lorenzo Qerini bildirib.
O, Ukraynada vəziyyətin gərginləşməsinə həsr olunmuş Senat və Deputatlar Palatasının müdafiə komissiyalarının birgə iclasında çıxış edib.
Nazirin sözlərinə görə, müdafiə, xarici işlər və maliyyə nazirliklərinin rəhbərləri Ukraynanın müdafiə səylərini dəstəkləmək və gücləndirmək qərarına gəlib.
“Texniki təfərrüatları məxfiləşdirilən İtaliyanın yardımı tank əleyhinə silahlar, yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, minaatanlar, artilleriya mərmiləri, rabitə vasitələri və fərdi qoruyucu vasitələr və sağ qalma dəstlərini nəzərdə tutur”, - deyə nazir vurğulayıb.

Oxşar xəbərlər