Ukraynaya qlobal yardım təşəbbüsü fəaliyyətə başlayıb
5-05-2022, 18:55
6 700

Ukraynaya qlobal yardım təşəbbüsü fəaliyyətə başlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski "United24” qlobal yardım təşəbbüsün fəaliyyətə başladığını elan edib.
UNIAN xəbər verir ki, məlumatı Ukrayna Prezident Ofisinin saytı yayıb.
"Hər kəs dünyanın istənilən ölkəsindən bir dəfə bura daxil olmaqla yardım edə bilər. Bunu istənilən yetkin vətəndaş, sahibkar kimi iri texnoloji şirkətin etməsi də mümkündür. Biz hər gün düşmənlə azadlıq və demokratik dəyərlər uğrunda mübarizə aparırıq. "United24" Ukraynanı dəstəkləmək üçün sivil dünyanı şifrəli xidmətlə birləşdirəcək”, - Volodimir Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, toplanan maliyyə vəsaiti üç istiqamətdə xərclənəcək: müdafiə və ərazinin minalardan təmizlənməsinə, humanitar və tibbi yardıma, Ukraynanın dirçəlməsinə.
İanənin səmərəli istifadəsinə Ukrayna Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və İnfrasturktur Nazirliyi cavabdehdir. "United24"ün fəaliyyətinə hökumət tərəfindən baş nazirin müavini, şifrəli transformasiya naziri Mixail Fyodrov məsul şəxs olaraq təyin edilib.

Oxşar xəbərlər