Ukrayna rus gəmisini "Neptun" raketi ilə VURDU
6-05-2022, 15:20
7 235

Ukrayna rus gəmisini "Neptun" raketi ilə VURDU

Rusiyanın "Burevestnik" tipli freqatı Zmeinı adasının yaxınlığında yanıb.
Xarici KİV xəbər verir ki, gəmidə partlayış, ardınca yanğın baş verib. 
Qeyd olunub ki, Rusiya təyyarələrinin Qara dənizin sözügedən ərazisində müşayiəti ilə gəmiyə kömək dəstələri göndərilib. 
Məlumata görə, gəmiyə Ukraynanın "Neptun" raketi düşüb.
"Admiral Makarov" Rusiya Qara Dəniz Donanmasının tərkibində olan üçüncü Layihə "11356R" freqatıdır. Gəmi yerüstü gəmilərin 30-cu diviziyasının bir hissəsidir.
Gəmi elektron döyüş sistemləri, Kalibr qanadlı raketləri, Oniks gəmi əleyhinə raketlər, BUK və İqla-S kompleksləri, Ka-27PL və ya Ka-31 təyyarələri, həmçinin Orlan PUA-ları ilə təchiz edilib.

Oxşar xəbərlər