NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"
7-05-2022, 13:16
26 883

NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.
UNIAN xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq "Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: "Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.
Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: "Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz".

Oxşar xəbərlər