"Putin Stalindən daha təhlükəlidir" - Polşanın baş naziri
11-05-2022, 19:53
8 530

"Putin Stalindən daha təhlükəlidir" - Polşanın baş naziri

Polşanın baş naziri Mateuş Moravetski “Daily Telegraph” qəzetinə müsahibəsində Rusiya lideri Vladimir Putinin “dəhşətli ideologiyası” ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
O, Rusiya prezidenti Vladimir Putini “Adolf Hitler və İosif Stalindən daha təhlükəli” adlandırıb.
"Putin nə Hitler, nə də Stalindir. Təəssüf ki, o, daha təhlükəlidir. Putinin ixtiyarında nəinki ölümcül silahlar var, həm də təbliğatını aparmaq üçün medianı saxlayır", - Moravyeçki deyib. 

Oxşar xəbərlər