“Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyində nə baş verir ?- Nümayəndəliyin keçmiş rəhbəri Adolf Şilderi əvəz edən şəxs həbs ediləcək...
9-05-2021, 16:40
236

“Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyində nə baş verir ?- Nümayəndəliyin keçmiş rəhbəri Adolf Şilderi əvəz edən şəxs həbs ediləcək...

Bəlkə də çoxlarının yadından çıxıb. Təxminən  2014-cü ildə Bakıda Almaniya vətəndaşı olan Vüsal Şilder qətlə yetirilmişdi. 
Vüsalın anası Mətanət Şilder  bu qətldə  bir  çox vəzifəli şəxsləri ittiham edirdi. 
Xatırlatma üçün  qeyd edək ki,  Vüsalın  10 yaşı olanda, anası Mətanət xanım  Almaniya vətəndaşı  Adolf  Şilderlə  ailə həyatı qurmuşdu və Adolf  10 yaşlı  Vüsalı övladlığa  götürmüşdü. Sonralar Adolf  oğulluğu  Vüsalı  Almaniyada böyütmüş və  təhsil vermişdir. 
Bu faciəni nə üçün yada saldıq. 
Məlumat üçün qeyd edək ki, Vüsal Şilderin atalığı  olan Almaniya vətəndaşı  Adolf Şilder  o  vaxtlar  “Mercedes Benz”  şirkətinin   Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.  
Sonralar bizə məlum olmayan səbəblərdən Adolf  Şilder  nümayəndəliyin rəhbəri  vəzifəsindən uzaqlaşdırılıb. Və nümayəndəliyin yeni rəhbəri vəzifəsi  azərbaycanlı şəxsə verilib. 
Məlumatlı mənbədən  Gundelik-baku.com saytına  daxil olan məlumata görə, həmən şəxs, yəni Adolf Şilderi əvəz edən azərbaycanlı  yaxın günlərdə həbs ediləcək. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər