ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
21-05-2022, 15:50
18 058

ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb

Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge deyib.

Klüge vurğulayıb ki, Avropada müəyyən edilən halların əksəriyyəti hələ də yüngül formadadır.

"Avropada və onun hüdudlarından kənarda yoluxma hallarının coğrafi səpələnməsi onu göstərir ki, yoluxma bir müddət davam etmiş ola bilər”, - ÜST rəsmisi qeyd edib.

Bu günə qədər Avropanın azı səkkiz ölkəsi - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada, həmçinin Avstraliya, Kanada və ABŞ-da xəstəlik qeydə alınıb.

Meymun çiçəyi adətən özünü məhdudlaşdıran xəstəlikdir və yoluxmuş insanların əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Bununla belə, xəstəlik xüsusilə azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olanlarda daha ağır keçə bilər.

Oxşar xəbərlər