İranda 10 mərtəbəli bina çökdü - Ölənlər var (YENİLƏNİB)
23-05-2022, 16:09
7 307

İranda 10 mərtəbəli bina çökdü - Ölənlər var (YENİLƏNİB)

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Xarici KİV xəbər verir ki, ölənlərin sayı 3 nəfərə çatıb, 24 nəfər isə xəsarət alıb.
***13:25
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.
Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.
O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Oxşar xəbərlər