Kadırovun yaxın adamı Ukraynada həlak oldu
1-06-2022, 14:09
1 572

Kadırovun yaxın adamı Ukraynada həlak oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı, A. Kadırov adına xüsusi alayın polkovnik-leytenantı Zaur Dimaev Ukraynada Kamışevaxa kəndi uğrunda gedən döyüşlərdə həlak olub.
Bu barədə “BAZA” məlumat yayıb.
Bildirilib ki, mayın 31-də günortadan sonra xüsusi alayın döyüşçülərinin mindiyi “UAZ Patriot” maşını Kamışevaxa kəndində atəşə tutulub. İki çeçen polis əməkdaşı həlak olub, dördü isə yaralanıb.
Ölənlər arasında A. Kadırov adına xüsusi alayın 4-cü batalyonunun komandir müavini Zaur Dimaev də var.
Zərbənin təsirindən o və maşının sürücüsü yerindəcə həlak olub.

Oxşar xəbərlər