Çin bu tarixdə orbitə pilotlu kosmik gəmi buraxacaq
4-06-2022, 18:25
18 449

Çin bu tarixdə orbitə pilotlu kosmik gəmi buraxacaq

Çin 5 iyunda “Şençjou-14” adlı idarə olunan kosmik gəmini orbital stansiyasına buraxacaq. 
Xarici KİV xəbər verir ki, bu barədə mətbuat konfransında Çinin İnsanlı Kosmos Uçuşları Proqramı Direktorluğunun rəis müavini Lin Xiqianq danışıb.
"İyunun 5-də, Pekin vaxtı ilə təxminən saat 10:44-də (Bakı vaxtı ilə 06:44) "Şençjou-14" adlı pilotlu kosmik gəmi orbitə buraxılacaq", - deyə o, qeyd edib.
Plana əsasən, ekipaj təxminən altı ay orbitdə olacaq və bu ilin dekabrında Yerə qayıdacaq.

Oxşar xəbərlər