Fulya Öztürkün verilişi bağlandı - Səbəbi isə...
8-06-2022, 11:55
1 105

Fulya Öztürkün verilişi bağlandı - Səbəbi isə...

"Fulya İle Umudun Olsun" verilişinin aparıcısı Fulya Öztürk yeni mövsümdə proqramın yayımlanmayacağını açıqlayıb. 
Verilişdən ayrıldığını ifadə edən Fulya Öztürk jurnalistikaya qayıtmaq istədiyini bildirib.
Öztürk bu qərarının səbəbini "Ağılım da, ruhum da həmişə xəbərlərdə olub, yeni mövsümdə veriliş aparmaq istəmirəm”, -  sözləri ilə dilə gətirib.
Bildirək ki, o, müxbir olduğu müddətdə "Fox TV"dən təklif alıb. Öztürk bundan sonra "Fulya İle Umudun Olsun" proqramı ilə tamaşaçıların qarşısına çıxıb. Fulya Öztürk tok-şousunda 3 cinayət araşdırmasını işıqlandırıb və itkin düşən 60 nəfərin tapılmasına kömək edib.

Oxşar xəbərlər