İnternetdən divan aldı, içindən 59 min çıxdı
8-06-2022, 17:40
6 753

İnternetdən divan aldı, içindən 59 min çıxdı

Pulsuz aldığı divandan 59510 manat pul çıxıb.
 
Xarici media xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan bir qadın internetdə tapdığı pulsuz işlənmiş kreslonu evə gətirəndə yastıqlarının içərisində gizlədilmiş 36.000 dollar (59510 manat) tapıb. Qadın oturacağı aldığı ailə ilə əlaqə saxlayıb və pulu təhvil verib.
 
Ailə də bu xeyirxahlığa biganə qalmayıb.

Pulun qaytarılması üçün oturacağı aldığı ailə ilə dərhal əlaqə saxlayan Umado adlı qadın ailənin bu dürüst hərəkətinə görə ona 2200 dollar (3800 manat) mükafat verdiyini bildirib.
 
Umado bu pulla yeni evinə soyuducu aldığını və çox xoşbəxt olduğunu bildirib.

Oxşar xəbərlər