Ankarada məktəblər bağlandı
13-06-2022, 10:25
1 626

Ankarada məktəblər bağlandı

Bu gün (iyunun 13-də) Türkiyənin Ankara əyalətində güclü yağışın yağması səbəbindən təhsilə birgünlük fasilə verilib.
Türkiyə KİV xəbər verir ki, bu barədə Ankara valiliyi açıqlama yayıb.
Məlumata görə,əyalətin Akyurt rayonunda leysan səbəbindən evləri və iş yerlərini su basıb, iki nəfər ölüb. Sel nəticəsində bir istinad divarı uçub. Bir avtomobil divarın altında qalıb.

Oxşar xəbərlər