Norveç Rusiyanın 65 vətəndaşına və 18 təşkilatına sanksiya tətbiq etdi
17-06-2022, 17:14
7 241

Norveç Rusiyanın 65 vətəndaşına və 18 təşkilatına sanksiya tətbiq etdi

Norveç Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləyib.
Bu barədə krallığın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Krallığın xarici işlər naziri Anniken Huitfeldtin sözlərinə görə, Norveç bu ölkənin hökumətinə və onun rəhbərliyinə təzyiq göstərmək üçün Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini dəstəkləyir:
"İndi biz Rusiyadan Norveçə dəniz yolları ilə neft idxalını qadağan edirik. Rusiyadan xam neft və neft məhsullarının idxalına qadağa dərhal qüvvəyə minir, lakin sərəncamda xam neftin tədarükü üçün 2022-ci il dekabrın 5-dək, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dək keçid dövrü nəzərdə tutulur”-Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Norveç də Rusiya Federasiyasının 65 vətəndaşına və 18 Rusiya təşkilatına qarşı sanksiya tətbiq edir.
"Rusiya ilə Norveç arasında ticarət dövriyyəsinin əhəmiyyətsiz olmasına baxmayaraq, bəzi Norveç müəssisələri və onların işçiləri anti-Rusiya sanksiyalarından əhəmiyyətli dərəcədə təsirlənəcəklər", - Krallığın Xarici İşlər Nazirliyi xəbərdarlıq edir.

Oxşar xəbərlər