Yaponiyada güclü ZƏLZƏLƏ
20-06-2022, 11:54
1 758

Yaponiyada güclü ZƏLZƏLƏ

Yaponiyanın Xonsyu adasının mərkəzi hissəsində, Yaponiya dənizi sahilində 5 bal gücündə zəlzələ qeydə alınıb.
"TASS" xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.
Qeyd olunub ki, sunami təhlükəsi yoxdur.
Yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında olub. Zəlzələnin ocağı təxminən 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Yaponiya dənizi sahillərində bir sıra prefekturaların sakinləri tərəfindən hiss olunub.

Oxşar xəbərlər