"Ukrayna taxılının blokadaya alması əsl müharibə cinayətidir" - Avropa İttifaqı
21-06-2022, 04:56
7 526

"Ukrayna taxılının blokadaya alması əsl müharibə cinayətidir" - Avropa İttifaqı

"Rusiyanın milyonlarla ton Ukrayna taxılını blokadaya alması əsl müharibə cinayətidir".
Bu sözləri Aİ-nin xarici siyasət komissarı Cozef Borrell deyib.
"Bu, ağlasığmazdır - dünyanın qalan hissəsində insanların aclıqdan əziyyət çəkdiyi halda, milyonlarla ton buğdanın Ukraynada blokada qaldığını təsəvvür etmək olmaz", - deyə Borrell bildirib.
Qərb ölkələri Rusiyadan Ukraynanın Qara dəniz limanlarını blokadaya almağı dayandırmağı və böyük taxıl ehtiyatlarının dünya bazarlarına çıxmasına icazə verməsini tələb ediblər.
Blokada on milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıqlara səbəb olub və ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub.

Oxşar xəbərlər