Rusiyadan Litvaya etiraz notası
21-06-2022, 05:15
7 433

Rusiyadan Litvaya etiraz notası

Rusiya Xarici İşlər Nazirliyi Kalininqrad vilayətinə dəmir yolu ilə yüklərin tranzitini məhdudlaşdırmağa qərar verən Litvaya etiraz notası göndərib.
Nazirlikdən verilən yazılı açıqlamada, Litvanın Kalininqrad bölgəsinə dəmir yolu ilə yük daşınmasını məhdudlaşdırmağa qərar verdiyi xatırladılıb.
Bəyanatda bu qərarın “Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında Kalininqrad vilayətinə yüklərin daşınmasına dair 2002-ci il müqaviləsini pozduğu ” və “düşmənçilik” olduğu vurğulanıb.

Oxşar xəbərlər