“Dünyada ərzaq böhranı davam edəcək ” - Zelenski
21-06-2022, 21:30
9 076

“Dünyada ərzaq böhranı davam edəcək ” - Zelenski

Limanların yenidən açılması üçün kompleks danışıqlar aparılır, lakin hələlik irəliləyiş əldə olunmayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Biz Ukrayna limanlarını blokdan çıxarmaq üçün mürəkkəb, çoxsəviyyəli danışıqlar aparırıq. Ancaq görürsünüz ki, hələlik heç bir irəliləyiş yoxdur", - deyə o qeyd edib. Zelenskinin sözlərinə görə, dünyada ərzaq böhranı davam edəcək:
“Ukraynada 25 milyon tondan çox taxıl var. Biz dəmir yolu və qonşu ölkələrin limanları vasitəsilə ixracı qururuq ki, keçən ilki məhsul və builki məhsul istehlakçılara çatsın. Amma yeni marşrutlarla  daha az miqdarda göndərə bilirik və daha uzun müddətə gedib çatır”.

Oxşar xəbərlər