Aİ səfiri Rusiya XİN-ə çağırıldı
21-06-2022, 13:49
7 567

Aİ səfiri Rusiya XİN-ə çağırıldı

Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Markus Ederer hazırda Rusiya XİN-dədir.
Məlumata görə, M. Edererin XİN-ə çağırılmasına səbəb Litva tərəfindən Rusiya subyektlərindən Kalininqrad vilayətinə bir neçə məhsulun daşınmasına məhdudiyyət qoyulması olub.

Oxşar xəbərlər