Ərdoğan Estoniyanın Baş naziri ilə Ukraynanı müzakirə etdi
21-06-2022, 18:36
6 803

Ərdoğan Estoniyanın Baş naziri ilə Ukraynanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Estoniyanın Baş naziri Kaya Kallas ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, o cümlədən Türkiyə-Estoniya münasibətləri və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Türkiyə Prezidenti tərəfləri tez bir zamanda diplomatiya yoluna dönərək müharibəni dayandırmağa təşviq etməyə davam edəcəyini bildirərək, Ukraynadan buğda və kənd təsərrüfatı məhsullarının ixracı üçün Qara dəniz üzərindən dəhlizin açılmasının vacibliyini qeyd edib.

Oxşar xəbərlər