Rusiyanın S-300 müdafiə sistemləri Belarusa aparıldı - FOTO
22-06-2022, 21:36
8 775

Rusiyanın S-300 müdafiə sistemləri Belarusa aparıldı - FOTO

Rusiyanın "S-300" hava hücumundan müdafiə sistemlərinin yeni partiyası iyunun 22-nə keçən gecə Belarusa gətirilib. 
Belarus mətbuatı bildirir ki, Rusiyadan sözügedən ölkəyə ən azı 16 raket qurğusu verilib. 
Qeyd olunub ki, gecə saatlarında iki "İl-76MD PKS RF" təyyarəsi Rusiyanın Pskov şəhərindən Qomel hava limanına gəlib. 
Bundan əlavə, "S-300"lərlə bərabər, bir ədəd "Pantsir" hava hücumundan müdafiə raket kompleksinin də gətirildiyi vurğulanıb.
"İyunun 21-də axşam saatlarında Qomel hava limanına reaktiv yaylım atəşi sistemləri üçün traktorlar (BAZ-6402 tipli) gəlib. Onlar küçədə hərəkət edərkən Qomeldəki işıqlar məqsədli şəkildə söndürülüb. Daha sonra maşınlar hava limanını tərk edərək Reçitsa istiqamətində hərəkət ediblər", - məlumatda deyilir. 

  • Rusiyanın S-300 müdafiə sistemləri Belarusa aparıldı - FOTO

Oxşar xəbərlər