Türkiyənin keçmiş XİN rəhbəri vəfat etdi
6-07-2022, 15:13
8 268

Türkiyənin keçmiş XİN rəhbəri vəfat etdi

Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen dünyasını dəyişib. 
Bu barədə Türkiyə XİN-in Mətbuat xidməti məlumat yayıb. 
Bildirək ki, o, 1980-1983-cü illərdə Türkiyənin XİN başçısı olub.  Bundan əlavə İlter Türkmen 1983-cü ildə Cenevrədə BMT yanında daimi nümayəndə, 1985-ci ildə Nyu-Yorkda BMT yanında daimi nümayəndə, 1988-ci ildə Parisdə səfir vəzifələrində çalışıb və 1991-ci ildə təqaüdə çıxıb. O, təqaüdə çıxdıqdan sonra 1991-1996-cı illərdə Fələstin Qaçqınlar Təşkilatının baş komissarı kimi BMT baş katibinin müavini kimi beynəlxalq missiyada çalışıb.

Oxşar xəbərlər