NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
9-07-2022, 20:55
19 532

NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb

İyulun 14-də yük daşıyan "Cargo Dragon 2” kosmik gəmisi Florida ştatında yerləşən kosmodromdan fəzaya buraxılacaq.

Xarici mətbuat xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) məlumatında deyilir.

Qeyd edək ki, "Cargo Dragon 2” Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 ton yük çatdırmalıdır.

Xatırladaq ki, bu kosmik gəminin fəzaya buraxılması iyunun əvvəlinə planlaşdırılsa da, texniki problemlərə görə dəfələrlə təxirə salınıb.

Oxşar xəbərlər