
Dünya
13-07-2022, 14:21
7 646
Aİ Rusiyanın 13,8 milyard avroluq aktivlərini dondurub
Avropa İttifaqı Komissiyasının (Aİ) ədliyyə komissarı Didye Reynders Aİ-yə üzv ölkələrin ədliyyə nazirlərinin Praqada keçirilən qeyri-rəsmi toplantısında jurnalistlərə Rusiyaya qarşı sanksiyalardan danışıb. Reynders bəyan edib ki, Aİ-yə üzv dövlətlər Rusiyanın Ukraynaya hücumlarının başlamasından bəri ümumilikdə 13,8 milyard avroluq Rusiya aktivlərini dondurub.