ÜST maskaları geri qaytarmağa çağırdı
13-07-2022, 17:01
7 463

ÜST maskaları geri qaytarmağa çağırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün hökumətləri maska rejimini geri qaytarmağa çağırıb. 
Ölənlərin sayının artmaqda davam etdiyi üçün bu qənaətə gəlinib. 
Bir çox ölkələrin hökumətləri peyvəndlərin uğurlu tətbiqindən sonra COVID məhdudiyyətlərindən tamamilə imtina etsə də, təşkilatın baş direktoru pandemiyanın "hələ bitmədiyini" vurğulayıb: "Mən narahatam ki, COVID-19-a yoluxma hallarının sayı artmaqda davam edir, bu da gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Məni ölüm hallarının sayının artması tendensiyası da narahat edir".

Oxşar xəbərlər