Ukrayna devalvasiyaya getdi
21-07-2022, 20:28
9 561

Ukrayna devalvasiyaya getdi

Ukrayna Milli Bankı devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.
Ukrayna KİV xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36.5886 qrivnaya çatdırılıb. Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29.25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.
“Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”, – deyə UMB-nin açıqlamasında qeyd olunub.

Oxşar xəbərlər