Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir
21-07-2022, 17:01
7 485

Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir

Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq.
"Radio Bulgaria” xəbər verir ki, bu barədə o özü jurnalistlərə məlumat verib.
Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
"Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, - Bolqarıstanın Baş naziri deyib.

Oxşar xəbərlər