NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiya sərhədində görüldü
27-07-2022, 18:11
6 426

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiya sərhədində görüldü

Rusiya sərhədləri yaxınlığında NATO-ya məxsus strateji kəşfiyyat təyyarəsi aşkarlanıb. 
Bu barədə "Flightradar" uçuş izləmə portalından məlumat əldə edilib.
Xüsusilə qeyd edilib ki, "Boeing RC-135W Rivet Joint" təyyarəsi iyulun 26-da, çərşənbə axşamı səhər Böyük Britaniyanın Mildenhall aviabazasından havaya qalxaraq şimala istiqamət alıb, sonra isə Bakı vaxtı ilə saat 16:30-dan 17:40-a kimi Murmansk vilayəti , Nenets Muxtar Dairəsi və Novaya Zemlya arxipelaqında uçuşlar aparıb. 
Məlumata görə, uçuş Rusiya sərhədindən cəmi 44 kilometr məsafədə və ya 2,5 dəqiqəlik hərəkət trayektoriyası üzrə həyata keçirilib. Bundan əlavə, qeyd edilir ki, hərbi təyyarənin marşrutunun bir hissəsi transponder sönük halda keçib ki, bu da təyyarənin sistemlərinin elektron müharibə vasitəsi ilə boğulmasını və ya ekipajın onların mövcudluğunu gizlətmək cəhdini göstərir.

Oxşar xəbərlər