Paşinyan-Putin görüşündən GÖZLƏNTİLƏR
6-09-2022, 13:09
1 856

Paşinyan-Putin görüşündən GÖZLƏNTİLƏR

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada səfərdədir. O,VII Şərq İqtisadi Forumunda iştirak edir. Forumdan sonra Rusiya prezidenti Putinin Paşinyanla təkbətək görüşü gözlənilir. 
 
Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanmasını maraqlı olduğunu göstərsə də hər dəfə atəşkəsi pozmaqla əslində sülhə etirazını bildirir.
 
"Adətən Paşinyan hər dəfə Brüssel görüşündən sonra həm özü həm də xarici işlər naziri Moskvaya gedir. Təxmin edirəm ki, onların təkbətək görüşündə Brüssel danışıqları və onun nəticələri müzakirə olunacaq. Moskvanın mövqeyi belədir ki, onların hazırladığı və nail olduğu nəticələri Avropa İttifaqı mənimsəmək istəyir və Azərbaycanla Ermənistan arasında görüşlər keçirməklə öz adına yazmaq istəyir. Azərbaycan hər iki tərəfin danışıqlarına üstünlük verir. Əgər danışıqlar bizim mövqeyimizə görə dəyişəcəksə bu Azərbaycann adına xoş bir nəticəsidir. Ermənistan sülhlə bağlı danışıqlardan bəhs etsə də atəşkəs rejimini pozur və bununla demək istəyir ki, münaqişə bitməyib. Əgər bitsəydi belə hal baş verməzdi", deputat vurğulayıb.
 
Beynəlxalq məsələr üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, bu görüşlər fonunda bəzi narahatedici məqamlar müzakirə oluna bilər. 
 
"Putinlə Paşinyanın sentyabrın 7-də görüşünün belə bir tarixdə seçilməsi çox önəmlidir. Xankəndindəki separatçıların rəhbərlərindən biri olan David Babayan Vaşinqtona səfər edib. Amerika Erməniləri Milli Komitəsi bəyan edib ki, Babayan sentyabrın 19-da Vaşinqtonda ABŞ siyasətçiləri ilə məsləhətləşmələr aparacaq, eləcə də Kapitolidə çıxış edəcək. Bu çox ciddi təxribatdır. Erməni mediası onu da yazır ki, Xankəndində maləbəyli zonası var məhz Azərbaycan tərəfi həmin zonadan erməni təxribatçıların çıxması ilə bağlı konkret tapşırıqlar verib. Güman edirəm ki, qondarma rejimin nümayəndəsinin Amerikaya səfəri eləcə son baş verən proseslər Rusiya üçün normal məntiqə sığmayan məntiqi bir addımdır və görüşdə bu məsələrin müzakirə olunacaq", şərhçi bildirib.
 
Azərbaycan Ermənistan və Rusiya arasında 10 noyabr bəyanatı imzalanıb. Bəyanata görə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırılıb. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında Brüsseldə  4 dəfə görüş olub. Növbəti görüşün noyabrda keçirilməsi planlaşdırılır. 
 

Oxşar xəbərlər