Lavrov Borrelə xəbərdarlıq etdi
6-09-2022, 16:07
7 135

Lavrov Borrelə xəbərdarlıq etdi

Avropa diplomatiyasının rəhbəri Josep Borrelin “faşist Rusiyası” haqda ifadələr işlətdiyi təsdiqlənərsə, o zaman onunla və Aİ-nin Rusiyadakı nümayəndəsi ilə necə davranmaq sualı ortaya çıxacaq.
Rusiya mətbuatı xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. 
 
"Borrell hələ də Aİ-nin xaricdəki nümayəndələrini təyin edən şəxsdir. Cəmi bir həftə əvvəl Rusiyada Aİ Nümayəndəliyinin yeni rəhbəri onun tərəfindən təyin edilib. Əgər cənab Borrell özünün dediyi kimi “faşist rejimi” ilə mübarizəni bu qədər instinktiv hesab edirsə, mən çox bilmək istərdim ki, o, Moskvadakı nümayəndəsinə hansı göstərişlər verib və bu nümayəndə hansı xətti aparacaq", deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, əgər bütün dünya mətbuatında yazılanlar təsdiqini tapsa, təbii ki, bu insanlarla necə davranmaq barədə çox böyük suallar yaranacaq”.

Oxşar xəbərlər