Qərb əllərində olan metal qırıntılarını Ukraynaya göndərir - Ərdoğan
7-09-2022, 18:17
7 669

Qərb əllərində olan metal qırıntılarını Ukraynaya göndərir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Ukraynaya verdiyi silahları metal qırıntıları adlandırıb.
TASS xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib:
"Onlar Ukraynaya silah göndərdiklərini deyirlər. Əllərində olan metal qırıntılarını Ukraynaya göndərirlər. Bu müharibədə qalibin olacağını deyə bilərikmi? Qaliblər olmayacaq, amma uduzanlar çox olacaq", - deyə o bildirib.

Oxşar xəbərlər