NATO-nun yeni Baş katibi bu şəxs ola bilər
8-09-2022, 10:22
2 221

NATO-nun yeni Baş katibi bu şəxs ola bilər

NATO-nun Baş katibi postuna namizədlər arasında Kanadanın hazırkı baş nazirinin müavini Xristia Friland da nəzərdən keçirilir.
Bu barədə "CBC News" öz mənbələrinə istinadən məlumat paylaşıb. 
"Ən azı dörd müxtəlif mənbə - NATO-nun qərargahının yerləşdiyi Ottava, Vaşinqton və Brüsseldə - Frilandın bir neçə aydır beynəlxalq müdafiə və təhlükəsizlik dairələrində NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin mümkün varisi kimi müzakirə edildiyini bildirib”, - məqalədə deyilir.
NATO-nun növbəti baş katibinin qadın olması ehtimalı yüksəkdir. “Bəzi bacarıqlı qadınlar var ki, əla namizəd ola bilər. Görünür, qadının növbəti Baş katib olmasının vaxtı çatıb”, - deyə Təhlükəsizlik Xidmətinin yüksək rütbəli mənbəsi bildirib.
Qeyd edilən digər mümkün namizədlər arasında Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın keçmiş prezidenti Dalia Qribauskayte və Estoniyanın keçmiş prezidenti Kersti Kalyulayd da var.

Oxşar xəbərlər