Özbəkistana yeni xarici işlər naziri təyin olunub
9-09-2022, 15:18
8 075

Özbəkistana yeni xarici işlər naziri təyin olunub

Özbəkistanın Ali Məclisi (Oli Majlis) Vladimir Norovun xarici işlər naziri postuna namizədliyini təsdiqləyib.

Özbəkistan KİV xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xatırladaq ki, V.Norov bu ilin aprelindən XİN başçısının səlahiyyətlərini icra edir. Ondan əvvəl nazirliyə Abduləziz Kamilov rəhbərlik edib.

V.Norov 2006-2010-cu illərdə də Özbəkistan xarici işlər naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, V.Norov 1955-ci ildə anadan olub. O, Özbəkistanın Almaniya, İsveçrə, Polşa, Belçika, Lüksmburq ölkələrində, Avropa İttifaqı və NATO-da missiyasına başçılıq edib, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olub.

Oxşar xəbərlər