Peskov Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən DANIŞDI
13-09-2022, 15:08
7 782

Peskov Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən DANIŞDI

Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması istiqamətində ciddi işlər görülür.
"RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu gün Rusiya Federasiyasının prezidenti Ermənistan Respublikasının Baş naziri ilə telefon danışığı aparıb. Həmin telefon danışığı kontekstində vəziyyətin gərginliyinin azaldılması istiqamətində intensiv iş aparılır. Rusiya prezidenti bu istiqamətdə səylərini davam etdirir", - deyə Peskov bildirib.

Oxşar xəbərlər