Toivo Klaar Azərbaycan və Ermənistana səfər edəcək
13-09-2022, 16:21
7 459

Toivo Klaar Azərbaycan və Ermənistana səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deskalasiyanı dəstəkləmək və Azərbaycanla Ermənistan liderləri arasında Brüssel dialoqu prosesindəki digər addımları müzakirə etmək üçün Azərbaycan və Ermənistana səfər edəcək.
Bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Oxşar xəbərlər