Ermənistan parlamentində dava düşdü: "Paşinyanı yox, ölkənizi müdafiə edin" - VİDEO
15-09-2022, 12:39
1 971

Ermənistan parlamentində dava düşdü: "Paşinyanı yox, ölkənizi müdafiə edin" - VİDEO

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deputatlar arasında şifahi qarşıdurmadan sonra fasilə elan etmək məcburiyyətində qalıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Erməni deputatlar arasında qarşıdurmaya səbəb “Hayastan” blokunun deputatı Qeqam Manukyanın çıxışı olub. Belə ki, o, deputat həmkarlarını Paşinyanı deyil, Ermənistanı xilas etməyə çağırıb. Ardınca baş naziri "satqın" adlandırıb.
Bundan sonra hakim partiyanın deputatları Qeqam Manukyana etiraz etməyə başlayıblar. Nəticədə deputatlar arasında qarşıdurma baş verib.

Oxşar xəbərlər