Toivo Klaar İrəvanda səfərdədir
15-09-2022, 16:43
7 234

Toivo Klaar İrəvanda səfərdədir

Bu gün Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. 
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Vitorin də iştirak edib.
Aİ-nin xüsusi nümayəndəsi Papikyanla görüşündə Azərbaycan-Ermənistan sərhədindəki hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı Aİ-nin mövqeyini təqdim edib. O,  bütün mövcud fikir ayrılıqlarının müstəsna olaraq diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb.
Toivo Klaar həmçinin Aİ-nin tərəflər arasında danışıqlar prosesinin bərpasına və razılaşmaların əldə olunmasına yardım etmək öhdəliyini təsdiqləyib.

Oxşar xəbərlər