İtaliyada leysan altı nəfərin həyatına son qoyub
16-09-2022, 19:23
9 599

İtaliyada leysan altı nəfərin həyatına son qoyub

İtaliyanın Marke bölgəsinə yağan güclü yağışlar nəticəsində azı altı nəfər ölüb, üç nəfər itkin düşmüş hesab olunur.

TASS xəbər verir ki, cəmi 2-3 saat ərzində təxminən 420 mm yağıntı düşüb, bu da regionun illik normasının yarısına bərabərdir.

Sürüşmə və yolların bağlanması hallarının olduğu bildirilir. Bəzi şəhərlərdə küçələr su altında qalıb, avtomobilləri su axınları aparıb. Elektrik enerjisinin verilməsində və telefon rabitəsində kəsintilər baş verib.

Barbara şəhərinin meri bütün məktəblərin bağlanması ilə bağlı sərəncam imzalayıb.

Oxşar xəbərlər