"Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq" - Stoltenberq
16-09-2022, 14:57
7 669

"Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq" - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada uzunmüddətli müharibəyə hazır olmağa çağırıb.
O, bu barədə  BBC radiosuna müsahibəsində danışıb. 
Onun sözlərinə görə, Ukraynanın rus qoşunlarına qarşı əks-hücumları “çox effektli” olub, lakin ölkələr uzunmüddətli perspektivə hazırlaşmalıdırlar, çünki bu, müharibənin başa çatması demək deyil.
"Əlbəttə, Ukrayna silahlı qüvvələrinin ərazini geri ala bilməsi, eləcə də Rusiya xətlərinə zərbələr endirməsi son dərəcə ümidvericidir", - Stoltenberq bildirib.

Oxşar xəbərlər