Kraliça II Elizabetin dəfn mərasiminə gedən baş nazirin bu hərəkəti GÜNDƏM OLDU (VİDEO)
20-09-2022, 17:14
7 265

Kraliça II Elizabetin dəfn mərasiminə gedən baş nazirin bu hərəkəti GÜNDƏM OLDU (VİDEO)

Xəbər verdiyimiz kimi, dünən Kraliça II Elizabetin dəfn mərasimi baş tutub. 
2000-dən çox insanın iştirak etdiyi mərasimdə qonaqlar arasında Kanadanın baş naziri Castin Trüdo da olub.
Türkiyə mediası xəbər verir ki, baş nazir Londonda otelin foyesində əylənərkən görüntülənib.
Belə ki, pianoda ifa edən kişinin yanında dayanan Trüdo mahnı oxuyub. Görüntülər oteldə olanlar tərəfindən lentə alınıb.
Baş nazirin videosu qısa zaman ərzində sosial medianın gündəminə çevrilib. Onun bu addımı hörmətsizlik kimi qiymətləndirilib.


Oxşar xəbərlər