Meksikada bara silahlı hücum: Ölənlər var
17-10-2022, 10:06
1 529

Meksikada bara silahlı hücum: Ölənlər var

Meksikanın Quanaxuato əyalətinin İrapuato şəhərində “La Texana” adlı bara gecə saatlarında silahlı basqın edilib. 
Hadisə nəticəsində 12 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. 
İnsidentlə bağlı araşdırmalara başlanılıb. Hücum edənlər hələ tutulmasa da, hücumun narkotik şəbəkələri arasında baş verən qarşıdurma səbəbindən həyata keçirildiyi güman edilir.

Oxşar xəbərlər