Rus əsgərləri aclıqdan zooparkdakı heyvanları yeyiblər
4-11-2022, 12:57
1 341

Rus əsgərləri aclıqdan zooparkdakı heyvanları yeyiblər

Ukraynanın Donetsk vilayətində yerləşən Yampil şəhəri Ukrayna əsgərləri tərəfindən geri alındıqdan sonra bölgədə baş verənlərlə bağlı dəhşətli iddialar səslənir. 
Xarici KİV xəbər verir ki, bir müddət bölgədə xidmət göstərən rus əsgərlərinin aclıq və səfalətlə mübarizə apardıqları, bu səbəbdən bölgədəki Yampil zooparkındakı heyvanları yemək məcburiyyətində qaldıqları iddia edilib.
Bu iddia ilə Ukraynanın könüllü xilasetmə qrupu çıxış edib. Xilasedicilər on gün sonra zooparkın ətrafına səpələnmiş heyvan skeletləri, ət və sümük parçaları tapdıqlarını bildiriblər. Səlahiyyətlilərə görə, iki dəvə, bir kenquru, bir bizon, çoxlu donuz, quş və canavar rus əsgərləri tərəfindən öldürülüb.
Bildirilib ki, yerdə qalan heyvanlar xilas edilərək Dnepr şəhərinə aparılıb.
Zooparkın yerləşdiyi Yampil ərazisi Ukrayna tərəfindən oktyabrın 30-da rus əsgərlərindən geri alınıb.

Oxşar xəbərlər