“Game of Thrones” ulduzu evini 17 milyon dollara satır
11-11-2022, 18:33
7 031

“Game of Thrones” ulduzu evini 17 milyon dollara satır

“Game of Thrones” serialının ulduzu Sofi Törner və onun müğənni əri Co Conas Mayamidəki prestijli ərazidəki evlərini satmaq qərarına gəlib.
Onlar bunun üçün təxminən 17 milyon dollar istəyirlər.
Ulduz cütlüyün daşınmaz əmlakı “Bay Point”in qapalı icmasında yerləşir. Satışın səbəbləri açıqlanmasa da, evin ailənin əsas iqamətgahı olduğu məlum olub.
Evin sahəsi demək olar ki, 975 kvadratmetrdir. Binada altı yataq otağı, kitabxana, bilyard, idman zalı və şərab zirzəmisi var. Mülkdə doqquz metr hündürlüyündə tavanı olan qonaq otağı və Murano şüşə çilçıraqı var.

Oxşar xəbərlər