Dünya
17-11-2022, 16:45
6 872
Ukrayna Belarusla sərhəddə hasar çəkməyə başlayıb
Bu barədə Belarusun Sərhəd Komitəsi “Telegram” kanalında bildirib.
Qeyd edilir ki, hasarın bəzi hissələrində iki cərgə tikanlı məftillər çəkilib.
Hasar Belarusla dövlət sərhədindən 10-15 metr aralıda çəkilir. Onun hündürlüyü üç-dörd metr təşkil edir.