Samirə Konçitaya Bakıdan hədiyyə apardı
18-11-2022, 18:50
8 042

Samirə Konçitaya Bakıdan hədiyyə apardı

“Avroviziya” təmsilçimiz Samirə Əfəndi Amsterdamda baş tutan “Het Grote” musiqi festivalında çıxış edib. 
OLAY yazır ki, sənətçi sözügedən müsabiqənin digər iştirakçıları ilə də bir araya gəlib. Gecədə yarışmanın əvvəlki illərdə qalibi olan müğənnilər də səhnə alıb. Tədbirdə Tiks, Netta Barzi, Aleksandr Rıbak və digər iştirakçılar da olub. 
Samirə həmçinin Avstriyanın “Avroviziya” qalibi Konçita Vurstla videosunu instaqramda paylaşıb. Kadrlarda Efendinin həmkarına Bakıdan gətirdiyi şirniyyatı hədiyyə etdiyi anlar əks olunub.

Oxşar xəbərlər