Baydenin nəvəsinin toyu 300 min dollara başa gəldi
20-11-2022, 21:57
9 916

Baydenin nəvəsinin toyu 300 min dollara başa gəldi

ABŞ prezidenti Co Baydenin sevimli nəvəsi Naomi Baydenin Ağ Evdə toy mərasimi keçirilib.  
CNN xəbər verir ki, 28 yaşlı Naomi Bayden və 25 yaşlı Piter Nilin toyu üç hissədən ibarət olub.
Mətbuat nümayəndələrinin mərasimə girişi qadağan edilib. Bildirilir ki, toy 300.000 dollar başa gəlib.  
Gəlin və bəy Vaşinqtonda vəkil işləyirlər və medianın məlumatına görə, avqust ayından Ağ Evdə yaşayırlar.
Qeyd edək ki, bu Amerika liderlərinin iqamətgahında keçirilən sayca on doqquzuncu toydur.

Oxşar xəbərlər