Qroznı polisi namazda öldürülən həmkarının qisasını aldı
21-11-2022, 16:16
860

Qroznı polisi namazda öldürülən həmkarının qisasını aldı

Çeçenistanın (Rusiya Federasiyası) Qroznı şəhərində bıçaqla silahlanmış şəxs namaz qılan yol polisi əməkdaşına hücum edərək onu öldürüb.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum edən şəxs xidməti silahla hadisə yerindən qaçmaq istəyərkən güllələnib.
Çeçenistan rəhbəri əlavə edib ki, hazırda hücumçunun əlbir olduğu ehtimal edilən şəxslər və cinayətin motivləri müəyyənləşdirilir, həmçinin əməliyyat tədbirləri həyata keçirilir.

 

Oxşar xəbərlər